Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: "İrandan "idarə" olunan müxtəlif şəbəkələr Türkiyədə təxribat xarakterli fəaliyyət göstərirlər"
Politoloq: "İrandan "idarə" olunan müxtəlif şəbəkələr Türkiyədə təxribat xarakterli fəaliyyət göstərirlər"

Türkiyəli yazıçı, jurnalist Yılmaz Özdil Türkiyədə İŞİD-in sosial şəbəkələr üzərindən gənclərə təsir etməsi və onları cəmiyyətə qarşı təxribatçı kimi yetişdirməsi ilə bağlı iddiaları ilə yenə gündəmə gəlib.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Yılmaz Özdilin qaldırdığı məsələ real məsələdir: “Bunlar doğrudur və İran Türkiyənin ərazisində bu tipli məsələlərlə uzun müddətdir məşğul olmaqdadır. İran faktiki olaraq, Türkiyənin cənub-şərqi Anadolu bölgəsində, xüsusilə də İğdır və Van ətrafında öz şəbəkələri vasitəsilə ciddi şəkildə təsir göstərməyə və öz nüfuzunu artırmağa çalışır”.

Oqtay Qasımov Oqtay Qasımov

Politoloq qeyd edib ki, eyni zamanda İran kəşfiyyatı da Türkiyədə məhz bu tipli məsələlərlə uzun müddətdən bəri məşğul olur: “Hətta bu ilin əvvəlində İstanbulda İran kəşfiyyatına işləyən qrupun ifşası da, məhz bu tipli məsələlərlə bağlı idi. Bu səbəbdən də Türkiyədə, ümumiyyətlə Türkiyənin Anadolu coğrafiyasında dünyanın müxtəlif ölkələrinə məxsus kəşfiyyat qrupları fəaliyyət göstərir və onlar burada öz məkrli niyyətlərini həyata keçirməyə çalışırlar. Yəni Türkiyədə belə bir problem var və qaldırılan məsələ də real məsələdir. Türkiyənin dövlət və rəsmi qurumları da bu məsələlərdən məlumatlıdır. Zaman-zaman Türkiyə kəşfiyyatının və əks kəşfiyyatın, həmçinin polisin həyata keçirdiyi tədbirlərdə məhz bu tipli məsələlərlə bağlı vəziyyətlərlə qarşılaşırıq. Bunlar digər cinayətlər, o cümlədən narkotik ticarəti ilə bağlı deyil, həm də bu tipli terror təşkilatları ilə əlaqəli şəxslərin terror aktları keçirilməsi məsələləri ilə bağlı olan hadisələrdir. Bəli, İranın Türkiyə ərazisində bu tipli fəaliyyətləri mövcuddur”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »