Bakıda polisə kəsici alətlə - “rezak”la müqavimət göstərən şəxsi polis xidməti silah tətbiq edərək yaralamaqla saxlayıb.
Bizimyol.info xəbər verir ki, 1986-cı il təvəllüdlü Rahib Məmmədov narkotik vasitələrlə əlaqəli şübhəli şəxs qismində saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə gecə saatlarında baş verib.
39 yaşlı Rahib Məmmədova dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavimət göstərməkdə davam edib:
“Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şübhəli müqaviməti davam etdirdiyinə görə polis tərəfindən xidməti tabel silahı tətbiq edilməklə zərərsizləşdirilib”.
DİN-in məlumatına görə, Rahib Məmmədova ilkin tibbi yardım göstərilməklə müvafiq xəstəxanaya yerləşdirilib.
Məlumatda qeyd olunur ki, onun üzərindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq hərəkətləri aparılır.
Aytən, Bizimyol.info






