Türkiyənin Kocaelinin Dilovası rayonunda GEBKİM Mütəşəkkil Sənaye Bölgəsində yerləşən neft-kimya zavodunda partlayış baş verib.
Bizimyol.info xəbər verir ki, hadisə saat 11:30 radələrində baş verib. Partlayışın baş vermə səbəbi hələ məlum deyil.
Xəbər verildikdən sonra hadisə yerinə yanğınsöndürənlər, tibb işçiləri və polis qrupları gəlib. İlkin məlumata görə, partlayış nəticəsində iki nəfər həlak olub.
Kocaeli Valiliyi hadisə ilə bağlı açıqlama yayıb: "İlkin məlumata görə, 4 oktyabr 2025-ci il (bu gün) şənbə günü Dilovası rayonunda bir iş yerində baş verən iş qəzasında iki vətəndaş həyatını itirib. Qəza ilə bağlı araşdırma başlanılıb. Mərhuma Allahdan rəhmət diləyirik", - deyə açıqlamada qeyd edilib.
Ərazidə təhlükəsizlik tədbirləri görülərkən, qruplar işlərini davam etdirir.
Qadir, Bizimyol.info






