Siqaret insan sağlamlığı üçün təhlükəlidir. Bu təhlükə barəsində dəfələrlə yazılıb, danışılıb. Son zamanlar siqaretlə bağlı tətbiq edilən qanunlar siqaret çəkənlərin sayının azalmasına az da olsa təsir edir. Tətbiq edilən cərimələri düşündükdə, siqaret çəkməməyin daha əlverişli olduğu məlum olur. Siqaret məhdudiyyəti ilə bağlı bir çox yerdə xəbərdarlıq lövhələri vurulsa da, siqaret çəkmək istəyənlər yenə də çəkir. Təəssüf ki...
Bəzən qarşımızda gedən birinin çəkdiyi siqaretin qoxusu bizi narahat etsə də, çəkmə deyə bilmirik. Siqaret çəkən insan isə bunun digərləri üçün zərərli olduğunu və ya digərlərinin siqareti sevmədiyini nəzərə almırlar.
Qeyd edək ki, tütün tüstüsünün tərkibindəki kimyəvi maddələr ilk nəfəsdən sonra 10 saniyə ərzində ürəyə, beyinə və digər orqanlara çatır və zərər verməyə başlayır. Ölüm riski daşıyan siqaretin bədənə geri dönməz təsirləri ola bilər.
Siqaret çəkildiyi andan bütün orqanlara zərər verməyə başlayır. Tütün məmulatlarından istifadə və ya siqaret çəkmək nikotinin, eləcə də bir çox kanserogen kimyəvi maddələrin qana, ağciyərlərə və orqanlara daxil olmasına səbəb olur. Siqaret ömür müddətini qısaldır və bir çox ölkədə ölümlərin əsas səbəbidir Siqaret çəkmək həmçinin vərəm, bəzi göz xəstəlikləri və revmatoid artrit daxil olmaqla immunitet sistemi problemləri riskini artırır. Siqaret tüstüsünün tərkibində 7000-dən çox kimyəvi maddə var.
İradə Cəlil, Bizimyol.info






