Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda Parakar birliyinin müxalifət lideri öldürülüb
Ermənistanda Parakar birliyinin müxalifət lideri öldürülüb

İrəvan yaxınlığındakı Parakar birliyinin rəhbəri, Ermənistanın müxalifət partiyası “Aprelu Yerkir”in nümayəndəsi Volodya Qriqoryan gecə saatlarında evinin yaxınlığında öldürülüb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Qriqoryandan başqa onun dostu, polis əməkdaşı da həlak olub, daha bir nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə yerindən qaçan yalnız bir killer olub.

Baş nazir Nikol Paşinyan səhər tezdən cinayəti pisləyib və bildirib ki, Daxili İşlər Nazirliyi bu işi açmalıdır.

Volodya Qriqoryan bu ilin martında partiyanın namizədi Nikol Paşinyana qalib gələrək genişləndirilmiş Parakar icmasının rəhbəri seçilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »