Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Brutto modelinə keçiddən sonra ictimai nəqliyyat biznes sahəsi yox, keyfiyyətli ictimai xidmət olacaq"
"Brutto modelinə keçiddən sonra ictimai nəqliyyat biznes sahəsi yox, keyfiyyətli ictimai xidmət olacaq"

Sentyabrın 19-da prezidentin fərmanı ilə ictimai nəqliyyat sistemində uzun müzakirələrə səbəb olmuş və beynəlxalq təcrübədə səmərəliliyi sübut olunmuş Brutto müqaviləsi modelinə keçid başlanılır. Bu qərar sərnişin daşıma ilə yanaşı maliyyə mexanizmində də əsaslı dəyişikliklərə səbəb olacaq.

Nəqliyya məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına aıqlamasında bildirib ki, əvvəllər “netto” modeli ilə fəaliyyət həyata keçirilirdi, yəni netto modelində dövlətin rolu sadəcə marşurut icazələri ilə bağlı idi: “Gəliri daşıyıcı şirkətlər sərnişinlərdən toplayırdı. Bu zaman keyfiyyətə nəzarət zəif olurdu. Köhnə avtobuslar istfadə edilirdi. Xidmət keyfiyyətli deyil, dağınıq olurdu. Yeni "brutto müqaviləsi" tamamilə fərqlidir. Belə ki, brutto modelində gəliri dövlət və ya onun təyin etdiyi qurum toplayacaq. Daşıyıcı şirkətlər dövlətlə müqavilə bağlayaraq, sabit ödəniş əldə edə biləcəklər. Bu zaman keyfiyyətə nəzarət, yəni avtobusların texniki vəziyyəti, təmizlik, sürücü davranışı və s. məsələlər dövlətin nəzarətində olacaq və sərt şəkildə tənzimlənəcək. Daşıyıcı şirkət sabit ödəniş əldə edə bildiyi üçün sərnişin sayı deyil, dövlətlə bağladığı nüqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi maraqlı olacaq”.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Rauf Ağamirzəyev

Ekspert hesab edir ki, “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu brutto modelinin işləyə bilməsi üçün maliyyə təminatı olacaq. Rauf Ağamirzəyev bildirib ki, daşıyıcılara sabit ödənişlərin maliyyələşməsi yanacaq vergisinin bir hissəsi ilə yanaşı, ödənişli hərəkət zonalarından əldə edilən vəsait hesabına həyata keçiriləcək: “Belə olan halda, ictimai nəqliyyat biznes sahəsi deyil, ictimai xidmət olacaq. Bu subsidiyalar ancaq CNG və elektrik avtobuslarına şamil ediləcək. Bu da brutto modelinin önəmini ortaya qoyur. Yəni dövlət maliyyə riskini öz üzərinə götürməklə, həm də “yaşıl donanma” siyasətini tətbiq etmiş olur”.

Rauf Ağamirzəyev qeyd edib ki, brutto modeli Stokholm və Kopenhagendə həyata keçirilir, 2020-ci ildən bəri Tbilisi bu sistemə mərhələli şəkildə keçid etməyə çalışır: “Brutto modelinə keçid Azərbaycanda da bu mərhələli şəkildə olacaq. Bu da sosial gərginliyin yaranmaması üçün önəmlidir. Mərhələli şəkildə o deməkdir ki, öncə köhnə avtobuslara verilən icazələr ləğv edilməyə başlanacaq, sonra daşıyıcı şirkətlərlə brutto müqavilələrin bağlanmasına keçiləcək. Yəni sərnişinlər üçün tədricən vahid tarif və daha sabit xidmət tətbiq ediləcək”.

Ekspert bildirib ki, brutto müqaviləyə keçid xidmətin keyfiyyəti üzərində real dövlət nəzarətini təmi etməklə yanaşı, şəffaf maliyyə modeli ortaya qoyacaq: “Brutto müqaviıəsi daşıyıcılar üçün də faydalıdır. Belə ki, bununla daşıyıcıların riskləri azalmış olacaq”.

Rauf Ağamirzəyev qeyd edib ki, brutto müqaviləsinə keçid uğurlu şəkildə reallaşarsa, 2028-ci ilə qədər ölkədə ictimai nəqliyyatın keyfiyyəti nümunəvi səviyyədə ola bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »