Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "Türkiyənin əsas prioriteti Qəzzada təcili atəşkəsin təmin olunmasıdır"
Ərdoğan: "Türkiyənin əsas prioriteti Qəzzada təcili atəşkəsin təmin olunmasıdır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın görüşü başa çatıb.

APA xəbər veriri ki, görüşdə İsrailin Fələstinə hücumları və regional məsələlər müzakirə olunub.

Ərdoğan İsrailin Qəzzadakı hücumlarının yeni mərhələyə keçdiyini və yalnız Fələstini deyil, regional sabitliyi də təhdid etdiyini bildirib. O, Türkiyənin hər platformada Fələstin məsələsini gündəmə gətirməyə davam edəcəyini və BMT-də Fələstinin səsi olacağını vurğulayıb.

Ərdoğan əlavə edib ki, Türkiyənin prioriteti Qəzzada atəşkəsin təmin olunması və humanitar böhranın sona çatdırılmasıdır.

Son xəbərlər
Bütün xəbərlər »