Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana qanunsuz gələn Əfqanıstan vətəndaşları cəzalandırıldı: “Bir az meşədə dincəldik...”
Azərbaycana qanunsuz gələn Əfqanıstan vətəndaşları cəzalandırıldı: “Bir az meşədə dincəldik...”

Qaçaq yolla İrandan Azərbaycana keçib, buradan isə Türkiyəyə getmək istəyən daha iki nəfər Əfqanıstan vətəndaşı saxlanılaraq cəzalandırılıb.

Bizimyol.info xəbər verir ki, saxlanılan şəxslərin hər ikisi Əfqanıstanın Herat şəhərindəndir, birinin 25, digərinin 30 yaşı var. Hər ikisi də əvvəllər İrana gedib-gəlsələr də, son iki il ərzində orada daimi yaşayırmış. Dediklərinə görə, bağbanlıqla məşğul olublar. Biri sonradan balıqçılıq şirkətində mühafizəçi işləyib.

“Heratdan tanıdığım həmyerlim və dostumla Mazandaranda görüşdüm. Qərara gəldik ki, daha yaxşı iş tapmaq üçün Türkiyənin Əskişəhər şəhərində fəhlə işləyən dostumuz Cəlilin yanına gedək. Bunun üçün əvvəl İrandan Azərbaycana, daha sonra buradan Gürcüstana, oradan da Türkiyəyə getmək planı qurduq. Telefona “Google Maps” tətbiqi yükləyib, İran-Azərbaycan sərhədinə yaxınlaşdıq. Sakitlikdə sərhədi gizli keçdik. Bir az meşədə dincəldik, səhər yuxudan oyanıb yola davam elədik. Günorta sərhədçilər bizi görüb saxladı”, - əfqanıstanlılardan biri ifadəsində danışıb.

Digəri də onun dediklərini təsdiqləyib. Onlar əməllərindən peşman olduqlarını bildiriblər, yüngül cəza verilməsini istəyiblər.

Məhkəmə onları Cinayət Məcəlləsinin 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, qabaqçadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə təqsirli bilib. Hər ikisi 2 il azadlıqdan məhrum edilib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »