Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Geomaqnit fırtınası qalıcı problem yaratmır, sağlam həyat tərzinə diqqət edən insanlar üçün rahat keçir”
“Geomaqnit fırtınası qalıcı problem yaratmır, sağlam həyat tərzinə diqqət edən insanlar üçün rahat keçir”

Rusiya Elmlər Akademiyasının Kosmin Tədqiqatlar İnstitunun Günəş Astronomiyası Laboratoriyasının veb saytında belə bir məlumat verilib ki, Günəşin koronal dəliyinin təsiri nəticəsində Yer üzündə son 3 ayın ən güclü maqnit fırtınası başlayıb. Məlumata görə, fırtınanın gücü gözlənilməz dərəcədə artıb və hal-hazırda proqnozlardan əhəmiyyətli dərəcədə yüksəkdir. Hesablama nəticələrinə görə, geomaqnit vəziyyətinin pisləşməsi 4-6 gün davam edəcək ki, bu da əvvəlki proqnozlarla üst-üstə düşür.

  • Maqnit qasırğasının insan sağlamlığına təsiri nədir?

  • Qorunmaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Bizimyol.info portalına açıqlamasında həkim-terapevt Pənah Pənahov bildirib ki, bu hadisə hətta sağlam insanlarda belə müəyyən yorğunluq və diqqətin dağılmasına səbəb ola bilər.

Dr. Pənah Pənahov / Foto: mercan.az Dr. Pənah Pənahov / Foto: mercan.az

“Günəşdə baş verən dəyişikliklər bəzən Yer kürəsində maqnit sahəsini sarsıdır və biz bunu “geomaqnit fırtınası” kimi tanıyırıq. Bu hadisə əsasən texnologiyalara təsir göstərsə də, mənim praktikada müşahidə etdiyim kimi, bəzi insanlarda da özünü göstərir.

Adətən ürək-damar və təzyiq problemi olan xəstələr belə günlərdə başağrısı, halsızlıq və yuxusuzluqdan şikayət edirlər. Hətta sağlam insanlarda da müəyyən yorğunluq və diqqətin dağılması ola bilər.

Belə hallarda mən pasiyentlərimə çox sadə, amma təsirli qaydaları məsləhət görürəm:

  • Gündə kifayət qədər su içmək.
  • Yuxu rejiminə diqqət yetirmək.
  • Açıq havada gəzinti və yüngül fiziki aktivlik.
  • Stresi minimuma endirmək
  • Yüksək miqdarda kofe və ağır yeməklərdən uzaq durmaq.
  • Xroniki xəstəliyi olanlar öz müalicələrini pozmamalıdırlar.

Ümumiyyətlə, geomaqnit fırtınası qalıcı bir problem yaratmır, amma sağlam həyat tərzinə diqqət edən insanlar üçün bu dövr daha rahat keçir”.

Qeyd edək ki, bu yazıda paylaşılan fikirlər məlumat məqsədilə paylaşılıb, müalicə xarakteri daşımır. Yazıda qeyd olunan xəstəliyin müalicəsi üçün öz həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »