Ermənistan hökuməti respublikanın sərhədini keçərkən buraxılan markalardan Ağrı dağının təsvirini silmək qərarına gəlib.
Bizimyol.info xəbər verir ki, baş nazir Nikol Paşinyanın “Mülki müqavilə” parlament fraksiyasının katibi Artur Hovhannisyanın mətbuat konfransı zamanı bəyan edib ki, Ermənistan yalnız “dövlət rəmzlərini” rəhbər tutur.
“Ermənistan Respublikası dövlət rəmzlərini rəhbər tutur və Ermənistan Respublikasının möhürü bizim dövlət rəmzlərimizi ifadə etməli və emosionallıqdan uzaq olmalıdır. İstər möhür, istərsə də bəyanat olsun, bizim hər bir hərəkətimiz qonşu dövlətlərə təhlükəli siqnallar verməməlidir”, - deyə o qeyd edib.
Sərhədi keçərkən viza möhürlərinin dəyişdirilməsi ilə bağlı qərar sentyabrın 11-də hökumətin iclasında qəbul edilib, lakin gündəm üstü açılmayan məsələlər siyahısına salınıb və buna görə də medianın diqqətindən kənarda qalıb.
Müxtəlif müxalifət xadimləri bu qərarı dəyərləndirərək bəyan ediblər ki, Paşinyan növbəti dəfə Türkiyə və Azərbaycanın diktəsini yerinə yetirir və erməni xalqının kimliyinin əsaslandığı milli simvollardan imtina edir.
"Ağrı dağını Türkiyə ərazisində yerləşməsinə baxmayaraq, həmişə erməni xalqının əsas simvollarından biri olub. Ermənistanın gerbində də Ararat şəkli var və Paşinyanın bunu da dəyişəcəyini güman etmirik", - deyə Paşinyanın əlehdarları bu məqamdan da baş nazirin əleyhinə əkstəbliğat vasirsi kimi istifadə etməyə başlayıblar.
Qadir, Bizimyol.info






