Günəşin koronal dəliyinin təsiri nəticəsində Yer üzündə son 3 ayın ən güclü maqnit fırtınası başlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının veb saytında məlumat verilib.
Məlumata görə, fırtınanın gücü gözlənilməz dərəcədə artıb və hal-hazırda proqnozlardan əhəmiyyətli dərəcədə yüksəkdir. Bütün agentliklər əvvəlki proqnozlarda fırtınanın maksimum səviyyəsini G1 ətrafında göstərirdilər. Dünya miqyasında aparılan araşdırmalara əsasən, bu cür və ya daha böyük intensivlikdəki son hadisə bu ilin iyun ayının 1-2-də baş vermişdi, yəni 3 aydan əvvəl.
Hesablama nəticələrinə görə, geomaqnit vəziyyətinin pisləşməsi təxminən 4-6 gün davam edəcək ki, bu da əvvəlki proqnozlarla üst-üstə düşür. Lakin bu dövr ərzində hər zaman maqnit fırtınalarının müşahidə olunacağı qənaətinə gəlmək olmaz.
Günəşin koronal dəlklərinin təsiri olduqca qeyri-sabitdir və adətən bir neçə saat davam edən ayrı-ayrı partlayışlardan ibarət uzunmüddətli bir silsilə təşkil edir. Bu partlayışlar arasında vəziyyətin müvəqqəti olaraq normallaşması baş verir.
Qadir, Bizimyol.info






