Qala stansiyasından 127 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumatda bildirilib.
Təbiət hadisəsi yerli vaxtla saat 07:41-də qeydə alınıb.
Zəlzələnin 4 bal gücündə olduğu, ocağın 76 kilometr dərinlikdə yerləşdiyi bildirilir.






