Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Türkiyə Pakistan ilə ŞKTC arasında əlaqələrin inkişafından məmnundur”
Ərdoğan: “Türkiyə Pakistan ilə ŞKTC arasında əlaqələrin inkişafından məmnundur”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin Tianjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısı çərçivəsində bir sıra ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirib.

Bizimyol.info xəbər verir ki, Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Dövlət Başçıları Şurasının Zirvə Toplantısı çərçivəsində mühüm görüşlər keçirib.

Bu çərçivədə Türkiyə prezidenti Ərdoğan Pakistanın baş naziri Şahbaz Şərifi qəbul edib. Türkiyə ilə Pakistan arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan ziyafətdəki çıxışında Türkiyə ilə Pakistanın ticarət, enerji, müdafiə sənayesi və təhlükəsizlik başda olmaqla bir çox sahədə əməkdaşlığı inkişaf etdirməyə çalışdıqlarını bildirib.

Ərdoğan Pakistan ilə Şimali Kipr Türk Respublikası (ŞKTC) arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, bu istiqamətdə göstərilən həmrəyliyə görə minnətdarlığını bildirib.

Son xəbərlər
Bütün xəbərlər »