Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suyu, işığı, qazı, interneti, yolu problemlərlə dolu Pirşağıda tullantı sularından ibarət göl var ki... - Video
Suyu, işığı, qazı, interneti, yolu problemlərlə dolu Pirşağıda tullantı sularından ibarət göl var ki... - Video

Uzun illərdir ki, Pirşağı gölü ətrafda olan yaşayış məntəqələrinin tullantı sularından əmələ gəlib. Aidiyyatı qurumlar "Pirşağı gözdən-könüldən uzaqdır" deyə bu acınacaqlı görüntüyə göz yumublar.

Pirşağıya yeni yol çəkilib, yol qovşağı yenilənib. Pirşağı son aylarda ən yaxşı günlərini yaşayır, demək olar.

Təəssüf ki, yayda ADSEA Pirşağıya doğru-düzgün su vermədi. Qışda qazdan şikayətçiyik. İşıq da arada naz edir. Hələ interneti demirəm. Yollarımızdan söz açılası deyil. Qışda bir palçıq olur ki, necə yol gedəcəyini unudursan. Lyukların da ağzı açıq qalır.

Bütün problemlərin ən böyüyü videoda gördüyünüz göldür. Xəstəlik mənbəyi olmaqla yanaşı, qamışlar insan boyunu keçdiyi üçün bəzi şəxslər bu əraziləri başqa məqsədlər üçün də istifadə edir.

Biz sadəcə göstərib xatırlada bilərik. Gölü qurutmaq aidiyyatı qurumların işidir...

İradə Cəlilova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »