Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Adam boyunu aşan qamışlar, göl quşları və qurbağa səsləri... Aidiyyatı qurumlar hara baxır? - Video
Adam boyunu aşan qamışlar, göl quşları və qurbağa səsləri... Aidiyyatı qurumlar hara baxır? - Video

Bura Pirşağı gölüdür. Göl ətraf yaşayış məntəəqələrinin tullantı sularından formalaşıb. Uzun illərdir ki, burada bu göl var. Ətrafda abadlıq işləri aparılsa da. Hətta ADY-nin Pirşağı stansiyası tikilsə də, göl "göz dağı" kimi yerində qalıb. Adam boyunu aşan qamışlar, göl quşları və qurbağa səsləri diqqəti çəkir.

Əslində yeni yol salınanda bu ərazilərdə gölün də qurudulacaı düşünülürdü. Amma bir reallıq da var: göl qurudulsa, tullantı suları hara axıdılacaq? Bunun üçün büdcə ayrılmalı, evlərə kanalizasiya xətti çəkilməlidir. Gölün qurudulması elə də asan məsələ deyil. Çünki böyük ərazini əhatə edən və gündən günə böyüyən gölün qurudulması üçün də böyük vəsait lazımdır.

Görünən odur ki, bu prosesin icrası aidiyyatı qurumların işinə gəlmir. Axı, kimin nəyinə lazımdır göl qurutmaq? Əziyyətini hər dəfə göl ətrafında yerləşən yaşayış məntəqələrinin sakinləri çəkir. Göl görüntünü pozsa da, antisanitariya və xəstəlik mənbəyi olsa da, diqqətdən kənardadır...

İradə Cəlilova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »