Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Velosiped istifadəçiləri necə hərəkət etməlidir ki, digər nəqliyyat istifadəçilərinə mane olmasın? - Video
Velosiped istifadəçiləri necə hərəkət etməlidir ki, digər nəqliyyat istifadəçilərinə mane olmasın? - Video

Bu gü velosiped istifadəçilərinin sayı artmaqdadır. Onlar üçün hətta şəhərin mərkəzi küçələrində yollar ayrılır. Ancaq bəzən nəqliyyatın intensiv olduğu yerlərdə də velosiped istifadəçiləri qarşımıza çıxır.

Velosiped istifadəçiləri necə hərəkət etməlidir ki, digər nəqliyyat istifadəçilərinə mane olmasın?

Bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 46-cı maddəsində deyilir ki, velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə hərəkət etməlidirlər.

Velosipedlərin piyada yolu ilə hərəkət etməsi də qadağandır. Velosipedlər piyadalara maneə yaratmamalıdırlar.

Velosiped sürücüləri bilməlidir ki, bütün nəqliyyat vasitələrinə aid olan yol hərəkəti qaydaları onlara da aiddir və buna görə məsuliyyət daşıyırlar. Velosiped istifadəçiləri hər zaman yolun sağ tərəfi ilə hərəkət etməlidir. Hətta bir tərəfli yollarda, keçilməsi çətin yollarda velosipeddən düşüb piyadaya çevrilməli və hərəkətə bu formada davam etməlidirlər.

Velosiped sürücüsü heç bir halda yolun hərəkət hissəsinə çıxmamalı, avtomobillərin qarşısında hərəkət etməməlidir. Təəssüf ki, bu gün yollarda bəzi velosiped istifadəçiləri avtomobillərlə sanki yarışa çıxıblar.

Qeyd edək ki, velosiped sürməyə 14 yaşından başlamaq olar. Yəni 14 yaşlı velosped sürücüləri yolda hərəkət edə bilərlər. Mühərrikli velosipedlər üçün minimum yaş həddi 16-dır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »