Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir qarın yemək, bir quru çörəklə yaşamaq... Kredit və kommunal ödəmək üçün işləyirik artıq - Video
Bir qarın yemək, bir quru çörəklə yaşamaq... Kredit və kommunal ödəmək üçün işləyirik artıq - Video

Dünən 1, bugün 2. Sentyabr hələ gözün açmamış yenə eyni zümzümə. Ayın 2-ci günündə maaşdan geriyə qalan qəpik-quruş...

Kommunal xidmətlər bir tərəfdən, təhsil haqqı digər tərəfdən. Marketlərdəki qiymətlərdən danışmıram. Hələ bank kreditlərini açıb-ağartmaq lazım deyil.

"İş yerin haradır?"sualına bank və kommunal xidmətlər demək lazımdır. Bir qarın yemək, bir quru çörək də insan həyatından bahadır.

Bu qədər əsəb, stresi dərman da sağaltmır. Bir halda ki, dərmanın da insanın da keyfiyyəti düşür. Nizami Rəmzi demişkən: Yavaş-yavaş, bala-bala, xırda-xırda...

İradə Cəlilova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »