Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənubi Koreyada siniflərdə mobil telefondan istifadə qadağan edilib
Cənubi Koreyada siniflərdə mobil telefondan istifadə qadağan edilib

Cənubi Koreya Parlamenti 2026-cı ilin mart ayından etibarən şagirdlərin sinif otaqlarında mobil telefon və rəqəmsal cihazlardan istifadəsini qadağan edən qanun layihəsini qəbul edib. Bu addım gənclər arasında sosial media asılılığı ilə bağlı artan narahatlıqlar fonunda baş verib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ümummilli araşdırmalara görə, orta məktəb və lisey şagirdlərinin 37 faizi sosial medianın onların gündəlik həyatlarına təsir etdiyini, 22 faizi isə hesablarına daxil ola bilməyəndə narahatlıq keçirdiklərini bildirib.

Müxalifətdə olan Xalq Gücü Partiyasından olan millət vəkili Ço Jung-hun qanun layihəsini müdafiə edərək: "Uşaqlarımızın sosial media aludəliyi ağırdır. Hər səhər gözləri qan içində olur, bütün gecəni "İnstaqram"da olurlar", - deyib.

Cənubi Koreya bu addımla rəqəmsal məhdudiyyətləri artıran ölkələr siyahısına qoşulur.

Avstraliya bu yaxınlarda yeniyetmələr üçün sosial media qadağasını genişləndirdi.

Hollandiyada nəşr olunan bir araşdırma göstərdi ki, cib telefonu qadağası məktəblilərin dərsdə konsentrasiyasını yaxşılaşdırır.

ABŞ-da yerləşən "Pew" Araşdırma Mərkəzinin məlumatına görə, Cənubi Koreya 99 faiz internet istifadə nisbəti və 98 faiz smartfon sahibliyi ilə dünyanın ən rəqəmsal əlaqəyə malik cəmiyyətlərindən biridir.

Nəticədə gənclər arasında həddindən artıq istifadə hökumət üçün prioritet məsələyə çevrilib.

Yeni qanun cihazların əlilliyi olan şagirdlər üçün və ya təhsil məqsədləri üçün istifadəsinə icazə verir. Lakin bəzi gənclər təşkilatları bu qadağanın uşaqların insan hüquqlarını poza biləcəyini əsas gətirərək qərara qarşı çıxırlar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »