Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər ilk dəfə insana donuz ağciyəri köçürüb
Alimlər ilk dəfə insana donuz ağciyəri köçürüb

Alimlər donuzdan götürülmüş ağciyəri beyin ölümü keçirmiş insana köçürüblər.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Bu təcrübə, heyvan orqanlarının insanlara köçürülməsi üzrə aparılan araşdırmaların bir hissəsidir.

Bildirilir ki, donuz ağciyəri insanda doqquz gün fəaliyyət göstərib. Əməliyyatdan bir gün sonra alimlər ağciyərdə maye toplanması və toxuma zədələnməsi müşahidə ediblər. Zaman keçdikcə, orqanizmin immun sistemi güclü immuniteti basdıran dərmanların qəbuluna baxmayaraq, donuz ağciyərinə "hücum" etməyə başlayıb.

Alimlər qeyd ediblər ki, donuz ağciyərinin canlı insanlara köçürülməsi üçün hələ uzun yol qət edilməlidir. Ağciyər — transplantasiya üçün ən çətin orqanlardan biridir, çünki daima havayla təmasda olur və mikroblar, toz və digər çirklənmələrə qarşı orqanizmi qorumaq funksiyasını yerinə yetirir. İmmunitet sistemi yad orqanlara qarşı çox güclü reaksiya verdiyi üçün ağciyər köçürülməsi xüsusilə risklidir.

Mütəxəssislər bildiriblər ki, bu metod hələ təkmilləşdirilməlidir. Bu istiqamətdə ağciyərin qorunmasını gücləndirən dərmanların inkişaf etdirilməsi, donuz ağciyərinin genetik dəyişikliklərinin təkmilləşdirilməsi və transplantasiyadan əvvəl saxlanma üsullarının optimallaşdırılması vacibdir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »