Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Ərdoğan müxalifət liderini Özəli təhqirə görə məhkəməyə verib
Prezident Ərdoğan müxalifət liderini Özəli təhqirə görə məhkəməyə verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəli prezidenti təhqir etmək ittihamı ilə məhkəməyə verib və ona dəyən mənəvi ziyana görə 1 milyon lirə (24,5 min dollar) təzminat tələb edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə liderinin vəkili Hüseyn Aydın məlumat verib.

“CHP sədri Özgür Özəlin avqustun 13-də səsləndirdiyi yersiz açıqlamalar və əsassız ittihamlara görə Ankara Asliye Məhkəməsində prezidentimizə qarşı 1 milyon türk lirəsi mənəvi təzminat iddiası qaldırılıb. Bundan başqa, Ankara Baş Prokurorluğuna prezidentin təhqir edilməsi cinayəti ilə bağlı şikayət də verilib”, – deyə vəkil "X"də yazıb.

Avqustun 13-də İstanbulda keçirilən mitinqdə danışan Özəl bu ilin martında müxalifət bələdiyyə sədri Əkrəm İmamoğlunun korrupsiya ittihamı ilə həbs edilməsində Ərdoğanı günahlandırıb.

Bu da, Ərdoğan və Özel arasındakı gərginliyi hüquqi müstəviyə daşıyıb.

Ərdoğan bundan əvvəl də bir neçə dəfə CHP liderini məhkəməyə verib. Türkiyədə prezidenti təhqir etmək cinayət sayılır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »