Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seranit, Azərbaycan mediasını öz istehsalat gücü, ixracat məqsədi və sosial layihələri ilə tanış edib
Seranit, Azərbaycan mediasını öz istehsalat gücü, ixracat məqsədi və sosial layihələri ilə tanış edib

Türkiyənin ilk texniki porselen keramika markası olan Seranit, Azərbaycan mətbuatını qəbul edərək istehsalat gücünü, ixracat məqsədini və Azərbaycandakı sosial layihələrini tanıdıb. Bu addımla, iki ölkə arasındakı sektoral və mədəni əlaqələri gücləndirməyi hədəfləyib.

Türkiyənin öncül keramika markalarından biri olan Seranit, 6-9 avqust 2025-ci il tarixləri arasında Azərbaycandakı aparıcı mətbuat orqanlarından olan Yeni Azərbaycan Qəzeti, Bizimyol.info, Yeni Müsavat Qəzeti, oku.az, 32gun.az və teleqraf.az nümayəndələrini İstanbul və Bilecikdə qəbul edib. Ziyarət zamanı markanın istehsalat gücü, ixracat məqsədi və Azərbaycandakı fəaliyyətləri detallı şəkildə təqdim edilib.

Seranit ev sahibliyi etdiyi proqram çərçivəsində, Bilecikdəki istehsalat müəssisələrini ziyarət edərək, markanın Ar-Ge gücü, yüksək texnologiyalı istehsal infrastrukturunu və innovativ məhsullarını yerində araşdırıblar. İstanbulda keçirilən xüsusi mədəniyyət proqramı ilə də iştirakçılara Türkiyənin tarixi və memarlıq irsi tanıdılıb.

Ziyarətin əhəmiyyətli məqamlarından biri də, Seranit İdarə Heyətinin üzvü və Baş Direktoru Fatih Kıvanç ilə keçirilən xüsusi görüş olub. Kıvanç, Seranit’in həm Türkiyədə, həm də Azərbaycanda həyata keçirdiyi investisiyaları və sosial layihələrini mətbuat nümayəndələri ilə paylaşaraq, bunları qeyd edib:

“Azərbaycan bizim üçün yalnız bir ixrac bazarı deyil, eyni zamanda birgə inkişaf etməyi hədəflədiyimiz strateji bir qardaş ölkədir. 2023-cü ilin sonunda qurduğumuz Seranit Azərbaycan MMC, Bakıda 4000 m²-lik mağaza və logistik infrastrukturla həm memarlara, həm də istehlakçılara keyfiyyətli xidmət təqdim edir. Bugünə qədər 100-ə yaxın memar və memarlıq tələbəsinə təlimlər keçdik, seminarlar təşkil etdik. 750 nəfərlik memarlıq panelimizlə sektorda məlumat paylaşımına töhfə verdik. Tətbiq ustalarına yönəlik texniki təlimlərlə də iş sahəsində keyfiyyəti artırmağa davam edirik. Eyni zamanda, mədəniyyət turları və akademik əməkdaşlıqlarla Türkiyə-Azərbaycan əlaqələrinə sosial bir boyut da əlavə edirik."

Fatih Kıvanç, həmçinin, Kristal Abşeron, PMD, GM Construction və Uniko kimi Azərbaycanın aparıcı tikinti şirkətləri ilə qurulan əməkdaşlıqların önəmini vurğulayıb və Qarabağın yenidən qurulmasında Seranit məhsullarının istifadəsindən məmnun olduqlarını bildirib.

Ziyarət müddətində Seranit’in keramika sektorundakı lider mövqeyi, davamlılıq yanaşması, yenilikçi məhsulları və qlobal vizyonu ətraflı şəkildə təqdim edilib.

Marka, Azərbaycanda həm pərakəndə, həm də layihə əsaslı güclü bir böyümə ivməsi əldə edərkən, gələcəkdə də cəmiyyətə töhfə verən sosial və peşəkar fəaliyyətlərini davam etdirməyi hədəfləyir.

Seranit Haqqında: Türkiyənin ilk texniki porselen keramika markası olan Seranit, 30 ildən artıq təcrübəsi və sahib olduğu texniki üstünlüklər, yenilikçi quruluşu və güclü istehsal gücü ilə fəaliyyət göstərir. Yenilikçi məhsulları ilə sektorda ilkləri həyata keçirən Seranit, Aquanit porselen duş keramikası, Seravista merdiven basamağı, Seraways görmə engelli keramikası ilə Red Dot Awards’dən 3 mükafat və IF Design Awards’dan 5 mükafat qazanıb. Seranit, bu gün ümumi 14 milyon m² istehsal gücü ilə, Bilecik və İnönü fabriklərində 175 fərqli seriya və 1.000-dən çox rəng və naxış seçimi ilə geniş bir məhsul çeşidinə sahibdir. Bununla yanaşı, 8 mağazası, ölkə daxilində 17 fərqli şəhərdə fəaliyyət göstərən 85 bayisi, 40 ölkədə 55 satış nöqtəsi və 3.000-dən çox müştəri portfeli mövcuddur.

Son xəbərlər
Bütün xəbərlər »