Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qazaxıstan-Türkiyə investisiya tərəfdaşlığı Türk Dövlətləri Təşkilatının inkişafına müsbət təsir göstərəcək"
"Qazaxıstan-Türkiyə investisiya tərəfdaşlığı Türk Dövlətləri Təşkilatının inkişafına müsbət təsir göstərəcək"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə rəsmi səfəri zamanı birgə investisiya layihələri ilə bağlı bir sıra kommersiya sazişləri imzalanıb. Bu barədə “Kazakh İnvest”in mətbuat xidməti məlumat yayıb. “İmzalanmış layihələrin ümumi investisiya həcmi 490 milyon ABŞ dollarından çoxdur. Bu təşəbbüslər kənd təsərrüfatını, əczaçılıq istehsalını və logistikanı əhatə edir ki, bu da Qazaxıstan-Türkiyə investisiya tərəfdaşlığının müxtəlifliyini və dərinliyini vurğulayır”, - məlumatda deyilir.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qazaxıstanla Türkiyə arasında 490 milyon dollarlıq investisiya layihəsi böyük əhəmiyyət kəsb edir.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud

“Qazaxıstanla Türkiyə arasında xarici ticarət həcmi ən azı 15 milyard dollar olmalıdır, ancaq bu, cəmi 5 milyard dollar civarındadır. Qazaxıstan coğrafiyasında ən böyük türk ölkəsidir. Təxminən 2 milyon 700 min kvadrat kilometr ərazisi və 20 milyon əhalisi olan Qazaxıstanın Türkiyə ilə xarici ticarətində son illərdə müəyyən durğunluq yaşanıb. İmzalanan son investisiya layihəsini iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi qərarı kimi də şərh etmək olar”-deyən Kərəm Qarabulud qeyd edib ki, bu cür layihələr digər türk ölkələri üçün və Türk Dövlətləri Təşkilatının sosial-iqtisadi əlaqələrinin inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir.

Kərəm Qarabulud xüsusi olaraq vurğulayıb ki, iki ölkə arasında bu yaxınlaşma Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycana və regionun digər ölkələrinə müsbət təsir göstərəcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »