Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Ərdoğan sabah Şimali Kipr Türk Cühuriyyətinə səfər edəcək
Prezident Ərdoğan sabah Şimali Kipr Türk Cühuriyyətinə səfər edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan Sülh və Azadlıq Günü və Kipr Sülh Hərəkatının 51-ci ildönümü ilə əlaqədar təşkil olunacaq mərasimlərdə iştirak etmək üçün Şimali Kipr Türk Cühuriyyətinə (ŞKTC) səfər edəcək.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Prezidentin kommunikasiyalar üzrə direktoru Burhanəddin Duran sosial media hesabından bildirib ki, prezident Ərdoğan mərasimlərdə iştirak etmək üçün sabah ŞKTC-yə səfər edəcək.

Duran bildirib ki, prezident Ərdoğan səfər zamanı ŞKTC prezidenti Ersin Tatar ilə görüşəcək və Türkiyənin töhfələri ilə həyata keçiriləcək bir sıra layihələrin təməlqoyma və açılış mərasimlərində iştirak edəcək.

Son xəbərlər
Bütün xəbərlər »