Yeni bir elmi araşdırma, kainatın əvvəllər düşünüldüyündən çox daha sürətli məhv edilmə prosesində olduğunu müəyyən edib.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, araşdırmaya görə, kainatın tamamilə yox olması üçün tələb olunan vaxt təxminən 10⁷⁸ ildir. Bu müddət əvvəlki 10¹¹⁰⁰ illik hesablamadan xeyli qısadır.
Araşdırma, kainatın ən uzunömürlü cisimləri olan ağ cırtdan ulduzların tamamilə çürüməsi ilə kainatın sona çatacağını proqnozlaşdırır.
Tədqiqat 2023-cü ildə nəşr olunan və qara dəliklərin, eləcə də digər göy cisimlərinin də “buxarlana” və yox ola biləcəyini göstərən araşdırmanın davamıdır. Bu proses ilk dəfə fizik Stiven Hokinqin 1975-ci ildə irəli sürdüyü “Hokinq şüalanması” nəzəriyyəsinə əsaslanır.
Sözügedən nəzəriyyəyə görə, qara dəliyin kənarında əmələ gələn hissəciklərdən biri içəri çəkilir, digəri isə çölə ataraq kütlə itkisinə səbəb olur. Bu proses sonda qara dəliyin tamamilə yox olmasına səbəb olur.
Yeni araşdırmada yüksək sıxlıqlı göy cisimlərinin sönmə vaxtı ilə bağlı hesablamalar aparılıb. Müvafiq olaraq, təxmin edilir ki, neytron ulduzlarının və ulduz qara dəliklərinin buxarlanması təxminən 10⁶⁷ il çəkir, Ay və ya insan bədəni kimi daha az sıx cisimlər isə bu prosesi 10⁹⁰ ildə tamamlayacaq.
Bununla belə, tədqiqatçılar onu da qeyd ediblər ki, bu obyektlər belə uzun müddət yaşaya bilməzdi və daha erkən tarixdə yox ola bilərdi.
Qadir, Bizimyol.info






