Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
80 yaşlı israilli qadın küçədə 200 şekel tapıb və 10 milyon qazanıb
80 yaşlı israilli qadın küçədə 200 şekel tapıb və 10 milyon qazanıb

Təxminən 80 yaşında olan İsrail sakini təsadüfən küçədə tapdığı pul sayəsində "Double Lotto" lotereyasında 10 milyon şekel (İsrailin pul vahidi) dəyərində baş mükafatın sahibi olub.

Bizimyol.info xəbər verir ki, İsrail mətbuatının verdiyi məlumata görə, pensionerin sözlər qadın bildirib ki, o, küçədə gedərkən səkidə 200 şekellik əskinas görüb. Ətrafda pulun sahibini axtarsa da, heç kimi tapmayıb və impulsiv qərarla yaxınlıqdakı “Mifal ha-Pais” köşkünün birindən lotereya bileti alıb. Bileti pulqabına qoyub və bir müddət onu unudub.

“Bir neçə gün sonra alış-verişə gedəndə qəfil yadıma düşdü ki, mənim yoxlanmamış biletim var. Ən yaxın köşkə yaxınlaşıb, satıcıdan bileti yoxlamasını xahiş etdim. Satıcı gülümsəyərək dedi ki, mən təcili “Mifal ha-Pais” ofisinə getməliyəm — çünki böyük məbləğdə uduşum var,” — deyə o qeyd edib.

O, ora qızı ilə birlikdə “Mifal ha-Pais” gedib. Əvvəlcə məhz qızı ekrandakı məbləği — 10 milyon şekeli (2 milyon 800 min ABŞ dolları) görüb. “Biz təəccüblə bir-birimizə baxırdıq və gülümsəməmək mümkün deyildi,” — deyə qalib qadın bildirib.

Qadın bu heyrətamiz uğura baxmayaraq, pulu özündə saxlamaq fikrində olmadığını bildirib. “Mənim heç nəyə ehtiyacım yoxdur. Həyatım rahat və xoş keçir. Bütün pulu övladlarıma verəcəyəm — qoy onlar istədikləri kimi istifadə etsinlər,” — deyə o, “Mifal ha-Pais” əməkdaşlarına söyləyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »