Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AZAL Moskva şəhərinə planlaşdırılan J2-181 və J2-807 nömrəli reyslərin təxirə salınma səbəbini açıqladı
AZAL Moskva şəhərinə planlaşdırılan J2-181 və J2-807 nömrəli reyslərin təxirə salınma səbəbini açıqladı

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.

AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumatı

Son xəbərlər
Bütün xəbərlər »