Gündəlik həyatda süfrələrimizin vazkeçilməzləri olan ət və ət məhsullarında istifadə edilən nitrit və nitrat ən əhəmiyyətli konservantlar arasındadır. Xüsusilə səhər yeməyində tez-tez istehlak edilən kolbasa və sosiska kimi ləzzətli məhsullarda nitrat və nitritin az olması bəzi mənfi rəng dəyişikliyinə və məhsullarda mikrob yaranmasına səbəb olur, çox olması da sağlamlıq üçün zərərlidir. Ətə nitrat və nitrit maddələrinin əlavə edilməsinin digər səbəbi, qida zəhərlənməsinə səbəb olan botulinumun yayılmasının və toksin ifrazının qarşısını almaqdır. Kolbasa və sosiska kimi məhsullarda istənilən parlaq və çəhrayı-qırmızı rəngi təmin etmək nitrat və nitrit istifadə edilir. Bütün qidalarda olduğu kimi, ət məhsullarına əlavə edilən bu maddələrin miqdarı da nəzərə alınmalıdır. Çünki bu maddələr qida və ya mədədə bəzi birləşmələrlə birləşərək kanserogen təsir göstərir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, nitrat və nitrit üçün maksimum gündəlik icazə verilən dəyərlər zərərsiz miqdarda nitrat üçün 0-5 mq; nitrit üçün 0-0,5 mq təşkil edir. Tərkibində belə əlavələr olan qidaların istehlakına, istehlak miqdarına diqqət yetirilməlidir.
Araşdırmalara görə, emal olunmuş ət məhsullarının həddindən artıq istehlakı dünyada hər il təxminən 34 000 insanın ölümünə səbəb olur. Mütəxəssislərin fikrincə, qidaya nitrit əlavə etmək xüsusilə donuz ətində güclü xərçəngə səbəb olan kimyəvi maddələrin (nitrozaminlərin) əmələ gəlməsinə səbəb ola bilər.
Şirkətlər nitrozamin əmələ gəlməsini maneə törətmək üçün donuz ətinə askorbin turşusu və ya eritorbin turşusu əlavə edirlər ki, bu da problemi xeyli azaldır.
2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının bir hissəsi olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi, emal edilmiş ətin insanlar üçün kanserogen olduğu qənaətinə gəlib. Bu səbəbdən mütəxəssislər vurğulayır ki, bu növ emal olunmuş ət məhsullarının, xüsusilə tərkibində nitrit və nitrat olanların istehlakı məhdudlaşdırılmalıdır.
Qısası; kolbasa, sosiska, salam, sucuq və s. bu kimi emal edilmiş qidalar insan sağlamlığı üçün çox təhlükəlidir. Mümkün qədər bu qidalardan uzaq olmağa çalışmalıyıq.
İradə Cəlil, Bizimyol.info






