Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Titanik"də yazılmış məktub təxminən 400.000 dollara satılıb
"Titanik"də yazılmış məktub təxminən 400.000 dollara satılıb

"Titanik"dən sağ çıxan Arxibald Qreysin gəminin batmasından günlər əvvəl yazdığı məktub hərracda təxminən 400 min dollara satılıb.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, İngiltərədəki "Henry Aldridge & Son" hərrac evində "Titanik"dən sağ çıxan Qreysinin səyahət zamanı yazdığı məktub nümayiş etdirilib.

Gəminin batmasından 5 gün əvvəl yazılmış məktubu amerikalı kolleksiyaçı 399 min dollara alıb.

Qreysi "öncəgörücü" olaraq xarakterizə edilən məktubda Titanik haqqında yazıb: "Bu, gözəl gəmidir, amma qərar verməzdən əvvəl səyahətim bitənə qədər gözləyəcəm", - deyə qeyd edib.

İlkin hesablamalara görə 80 min dollar civarında alıcı tapacağı gözlənilən məktubun satış qiyməti diqqət çəkib.

Məktubu qələmə alan Qreysi qəzadan sağ çıxandan sonra "Titanik" haqqında həqiqət" adlı kitab yazıb və orada yaşadıqlarını danışıb. Qəza günü hipotermiyadan heç vaxt tam sağalmayan Qreysi, "Titanik" batdıqdan 8 ay sonra diabetlə bağlı ağırlaşmalardan ölüb.

Lüks kruiz layneri "Titanik" 10 aprel 1912-ci ildə Sauthemptondan (İngiltərə) 2224 sərnişin və ekipajla Nyu Yorka yola düşüb.

Gəmi 15 aprel 1912-ci ildə aysberqə çarpdıqdan sonra Şimali Atlantika sularında batıb.

Qəza nəticəsində 1500-dən çox insan həyatını itirib. Bir neçə saat sonra hadisə yerinə gələn "Karpatiya" gəmisi 710 nəfəri xilas edib.

Qadir, Bizimyol.info

Titanik'te yazılan mektup yaklaşık 400 bin dolardan alıcı buldu

Son xəbərlər
Bütün xəbərlər »