Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın onu sancan kobranı özü ilə xəstəxanaya gətirib
Qadın onu sancan kobranı özü ilə xəstəxanaya gətirib

Tailandda qeyri-adi bir hadisə baş verib: zəhərli kobranın dişləməsindən zərər çəkmiş qadın, özü ilə öldürülmüş ilanı götürərək xəstəxanaya gətirib.

Bizimyol.info xəbər verir ki, yerli medianin verdiyi məlumata görə, qadın ilan sancması sonrasında böyük bir soyuqqanlılıq nümayiş etdirərək kobranı öldürüb və vaxt itirmədən tibbi yardım almağa yollanıb. Həkimlər bu cür sürətli reaksiya və öldürülmüş ilanı təqdim etmənin düzgün müalicənin seçilməsində kömək etdiyini bildiriblər.

Həkimlər təsdiqləyiblər ki, ilan həqiqətən də zəhərli "kral kobrası" olub. Qadına dərhal zəhər əleyhinə zərdab tətbiq edilib və bu, onun həyatını xilas edib.

Xəstəxana işçiləri pasiyentin cəsarətinə heyran qaldıqlarını bildiriblər və ilan dişləməsindən sonra təcili tibbi yardım alınmasının vacibliyini, özbaşına hərəkət etməməyin vəziyyəti daha da pisləşdirə biləcəyini xatırladıblar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »