Yanvar ayında Cənubi Afrikada helikopter qəzasında karton qutuda olan pinqvin günahkar bilinib. Hökumətin son hesabatına görə, "Robinson R44 Raven II" helikopterində sərnişinin əlində pinqvin olan qutu olub.
Bizimyol.info xəbər verir ki, Cənubi Afrika Mülki Aviasiya İdarəsinin məlumatına görə, qəza qutunun düşməsi nəticəsində baş verib.
Helikopter təqribən 15 metr hündürlükdə olanda karton qutu sağa sürüşdü və pilotun tsiklik hündürlüyünə nəzarət qolunun üzərinə düşüb.
Xəbərdə deyilir ki, daha sonra helikopter nəzarətdən çıxıb, pərlərin qanadları yerə dəyib və helikopter sağ tərəf üstə yerə düşüb.
"Təyyarədə olan sərnişinlərdən heç biri qəza nəticəsində xəsarət almayıb, pinqvin də zərər görməyib", - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, qəza ölkənin cənub-şərq sahillərində havadan araşdırma aparmaq üçün səfər zamanı Quş adasında baş verib.
Xəbərdə pinqvinin vertolyotda niyə olması ilə bağlı heç bir məlumat verilməyib, sadəcə araşdırma aparan mütəxəssisin pinqvinin geri qaytarmaq istədiyi və pilotun razılaşdığı bildirilib.
Aviasiya idarəsi pilotun yüklə bağlı lazımi prosedurlara əməl etmədiyini müəyyən edib.
Qeyd edilib ki, pilot yoxlama aparıb, lakin "risk qiymətləndirməsində pinqvini karton qutuda daşımaq niyyətini göstərməyə məhəl qoymayıb".
"Pinqvin üçün təhlükəsiz tədbirinin nəzərdən qaçırılması təhlükəli vəziyyət yaradıb", - deyə səlahiyyətli orqan xəbərdarlıq edib.
Hesabatda aviasiya qurumu qəzanın təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini açıq şəkildə nümayiş etdirdiyini vurğulayıb.
Qadir, Bizimyol.info






