Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp  Smithsonian İnstitutunun “ideologiyaya uyğun olmayan” proqramlarını ləğv edəcək
Tramp  Smithsonian İnstitutunun “ideologiyaya uyğun olmayan” proqramlarını ləğv edəcək

ABŞ prezidenti Donald Tramp imzaladığı sərəncama əsasən, “parçalayıcı ritorika” və “uyğun olmayan ideologiya” ehtiva edən proqramların Smithsonian İnstitutundan çıxarılacağını açıqlayıb.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, Tramp ölkənin bir neçə ştatında institutları olan və müxtəlif muzeylərdən, milli zooparkdan, təhsil və araşdırma mərkəzlərindən ibarət Smitson İnstitutu ilə bağlı sərəncam imzalayıb.

Son 10 ildə “obyektiv həqiqətlərin ideologiyalar tərəfindən təhrif olunmuş hekayələrlə əvəz olunduğunu və ABŞ tarixini yenidən yazmağa cəhdlər edildiyini” iddia edən Tramp Smithsonian İnstitutunda “parçalayıcı ritorika” və “uyğun olmayan ideologiya” ehtiva edən proqramların ləğv ediləcəyini açıqlayıb.

Tramp Milli Afrika Amerika Tarixi və Mədəniyyəti Muzeyinin, Qadın Tarixi Muzeyinin və Amerika İncəsənət Muzeyinin fəaliyyətini tənqid edərək: “Ölkəmizin paytaxtındakı muzeylər insanların ideoloji təlqinə və ya ortaq tariximizi təhrif edən bölücü ritorikaya məruz qaldıqları yer deyil, öyrənmək üçün getdikləri yerlər olmalıdır”, - deyib.

ABŞ-ın vitse-prezidenti Ceyms David Vensin institutu təftiş edəcəyini bildirən Tramp qeyd edib ki, o, Vensə “uyğun olmayan ideologiyanın aradan qaldırılmasına” nəzarət etməyi tapşırıb.

Tramp bildirib ki, Vens Ağ Evin Smithsonian İnstitutu üçün büdcəsinin “amerikalıların ümumi dəyərlərini aşağılayan, amerikalılara qarşı irqi ayrı-seçkilik edən, federal qanun və siyasətə zidd olan proqram və ideologiyaları təbliğ edən” proqramlara xərclənib-xərclənməməsinə də nəzarət edəcək.

Kolumbiya Universitetində Fələstin tərəfdarı tələbələr 2024-cü ilin aprelində məktəbin İsrailin hücumlarını və Qəzzanın işğalını dəstəkləyən şirkətlərə maliyyə sərmayələrini davam etdirməsinə etiraz etmək üçün nümayişlərə başladılar.

Trump administrasiyasının "antisemitizmlə mübarizə" siyasətinin bir hissəsi olaraq hədəfə aldığı Kolumbiya Universiteti 22 martda məktəbin 400 milyon dollarlıq maliyyə vəsaiti kəsildikdən sonra təqdim edilən tələblərə əməl etmək qərarına gəldiyini açıqlayıb.

Bu tələblərə uyğun olaraq universitetdə antisemitizm anlayışına yenidən baxılacağı, İsrail və Yəhudi Araşdırmaları İnstitutunun heyətinin genişləndiriləcəyi, tələbələrin akademik binalarda etiraz aksiyası keçirmələri və şəxsiyyətlərini gizlətmək üçün maska ​​taxmaları qadağan edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »