Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Aparılan müharibələrə, baş verən hadisələrə dünya ölkələri ən az Türkiyə qədər reaksiya göstərməlidir"
"Aparılan müharibələrə, baş verən hadisələrə dünya ölkələri ən az Türkiyə qədər reaksiya göstərməlidir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya liderləri ilə telefonla danışıb. Ərdoğan Finlandiya prezidenti Alexander Stubb ilə telefon görüşməsində İsrailin Qəzzaya yenidən hücumları da müzakirə edilib. Hücumların qəbuledilməz olduğunu deyən Ərdoğan, beynəlxalq ictimaiyyətin artıq Netanyahunun soyqırım siyasətinə “dur” deməsi lazım olduğunu və tezliklə atəşkəsin bərpasının vacib olduğunu bildirib. Prezident Ərdoğan Hollandiyanın baş naziri Dik Schoof ilə də görüşüb. Ərdoğan, həmçinin Ukrayna ilə Rusiya arasındakı müharibənin sona çatması prosesinin iki ölkədən birini kənarda qoyacaq bir yanaşma ilə uğurlu ola bilməyəcəyini, İsrailin Qəzzaya qarşı atəşkəsin sona çatması və dinc sakinlərin qətliamına qədər davam edən soyqırım siyasətinə icazə verilməməsi lazım olduğunu bildirib.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, atəşkəs qərarı və məhbusların geri qaytarılması prosesinə baxmayaraq, İsrailin Ramazan ayı ərzində yenidən hücumlara başlaması qəbuledilməzdir və beynəlxalq razılaşma və təcrübələrə məhəl qoymur. Professorun fikrincə, bu, həm də insanlıq üçün ayıbdır.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud

“Günahsız insanlar səbəbsiz yerə öldürülür. Bu çərçivədə Türkiyə bu hücumları dayandırmaq üçün səy göstərir. Ancaq təkcə Türkiyənin səyləri kifayət etmir. Müsəlman ölkələri başda olmaqla, bütün dünya ölkələri reaksiya verməli və bu cür hücumların dayandırılmasını təmin etməlidir. Bu müharibə mühiti heç bir ölkəyə fayda vermir.

Son vaxtlar qızılın qiymətinin artması bu qarışıqlığın nəticəsidir və bütün dünyaya təsir edir. Bundan əlavə, bir insanın həyatı bütün dünyanın sərvəti qədər dəyərlidir. Ona görə də dilindən, dinindən, irqindən asılı olmayaraq insan ölümünə son qoyulmalıdır. Hazırkı konyukturada İsrail güclü görünə bilər, lakin uzunmüddətli perspektivdə bu hərəkətlər onu çətin vəziyyətə salacaq. Çünki insanlıq arasında düşmənçilik hissləri durmadan yayılır. Bu, heç bir ölkənin təhlükəsiz olmadığı bir gələcək yaradır”-deyən Kərəm Qarabulud vurğulayıb ki, bu səbəbdən bütün ölkələr, xüsusən də ABŞ və İsrail müharibəni dayandırmaq, bəşəriyyətin sülh və sabitliyini təmin etmək, yaşamaq hüququnu məhv etməmək üçün səy göstərməlidir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »