Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar İngiltərənin Kipri çox yaxşı tanımasına baxmayaraq, Kipr türklərinə gözlənilən neytrallığı və yaxınlığı göstərmədiyinə diqqət çəkib; "İki dövlətli həll Kiprdə ədalətli və davamlı həllin yeganə variantıdır", - deyə bildirib.
Bizimyol.info xəbər verir ki, Prezident Ersin Tatar Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Doughtyni qəbul edib.
Tatar, Doughtynin Şimali Kipr səfəri zamanı onunla görüşdüyünü və bu görüşün xüsusilə Cenevrə danışıqlarından əvvəl Kipr türk tərəfinin münasibətini öyrənmək üçün keçirildiyini bildirib.
Prezident Tatar görüşdən sonra mətbuata açıqlama verib.
İngiltərənin Kipr məsələsi ilə bağlı mövqeyini tənqid edən prezident Tatar İngiltərənin son illərdə Cənubi Kiprlə əlaqələrini inkişaf etdirməsinin Kiprdəki bərabərsizliyi daha da dərinləşdirdiyini bildirib. Kipr türk tərəfinin Cenevrəyə "konstruktiv şəkildə" gedəcəyini vurğulayan Tatar, rəsmi danışıqların yalnız son 4 ildə ifadə etdikləri "suveren bərabərlik" və "beynəlxalq bərabərlik"in təsdiqi ilə başlaya biləcəyini bildirib.






