AYB-nin üzvü, şair Vasif Əlihüseynin Xocalı faciəsi haqda kitabı işıq üzü görüb.
Bizimyol.info xəbər verir ki, “25-dən 26-na keçməyən gecə” adlı kitab “Qanun” nəşriyyatında çapdan çıxıb. Vasif Əlihüseyn saytımıza açıqlamasında bildirib ki, kitab “Qanun” nəşriyyatına 300 tirajla çap olunub.
Müəllif Xocalı faciəsi ilə bağlı məşhurları, ictimai xadimləri, əsir və faciə şahidlərini danışdırıb. Bundan başqa o, kitaba Xocalı faciəsi ilə bağlı vacib materialları əlavə edib.
Müəllifin sözlərinə görə, kitab mağazalarda satışda olmayacaq. Kitabı əldə etmək istəyənlər birbaşa müəllifin özüylə əlaqə saxlaya bilərlər.
İradə Cəlil, Bizimyol.info






