Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pezeşkianın türkcə şeir oxuması təlaşa səbəb olub
Pezeşkianın türkcə şeir oxuması təlaşa səbəb olub

İran prezidenti Pezeşkian Təbriz Mədəniyyət Həftəsinin bağlanış mərasimində məşhur türk şairi, Şəhriyar kimi tanınan Məhəmməd Hüseyn Behçet Təbrizinin Azərbaycan türkcəsində “Heydər babaya salam” şeirini oxuyub.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, şeiri oxumazdan əvvəl Şəhriyardan iki misra şeir oxuyacağını, lakin zalda türkcə bilməyənlərin olduğu üçün səlahiyyətlilərin onun türkcə danışmasına xəbərdarlıq etdiyini deyən Pezeşkian bu sətirləri oxumağa başlayıb:

“Heydərbaba, igid əmək itirməz,

Ömür keçər, əfsus bərə bitirməz,

Namərd olan ömrü başa yetirməz,

Biz də vallah,unutmarıq sözləri,

Görəmməsək, halal edin bizləri.”

Pezeşkian şeiri oxuyarkən bir məmur onun yanına gələrək xəbərdarlıq edib. Bunun üzərinə İran prezidenti “Problem yoxdur, iki kəlmə türkcə şeir oxumaqdan problem olmayacaq” deyib.

Bundan sonra zalda olanlar Pezeşkiyanı alqışlayıblar. İranın keçmiş prezidenti Mahmud Əhmədinejad da 2006-cı ildə Təbrizə səfəri zamanı Şəhriyarın şeirini oxumuşdu. Şeirini Azərbaycan türkcəsində oxuyan Əhmədinejadı təbrizlilər də müşayiət edib.

İranın Qərbi Azərbaycan vilayətində doğulan Pezeşkiyan təbliğat prosesində İran mediasına verdiyi və sosial mediada geniş müzakirə olunan müsahibəsində “Mən türkəm. Anam da, atam da türkdür. Türk olmağımla fəxr edirəm. Mən evdə uşaqlarımla türkcə danışıram, farsca yox”, - deməsi diqqət çəkmişdi.

Məsud Pezeşkian 29 sentyabr 1954-cü ildə İranın Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində anadan olub. İran-türk ailəsində doğulan Pezeşkiyan Təbriz Universitetinin Tibb fakültəsini bitirib və İran-İraq müharibəsi zamanı həkim qruplarında çalışıb. Karyerasına səhiyyə sahəsində başlayan ürək cərrahı Pezeşkiyan daha sonra siyasətə qədəm qoyub.

Pezeşkianın siyasi karyerası 1997-ci ildə səhiyyə nazirinin müavini vəzifəsində başlayıb və 2001-2005-ci illərdə səhiyyə naziri kimi davam edib. O, 2016-2020-ci illərdə İran İslami Şura Məclisinin birinci vitse-prezidenti vəzifəsində çalışıb, 2024-cü ildə isə İran prezidenti seçilib. Pezeşkian islahatçı siyasəti və səhiyyə sahəsindəki fəaliyyəti ilə tanınır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »