Böyük Britaniyada fəaliyyət göstərən "4 Day Week Foundation" (4 Günlük Həftə Fondu) tərəfindən həyata keçirilən kampaniyaya ölkənin müxtəlif sektorlarından 200 şirkət qoşulub.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, 5000-dən çox işçisi olan bu şirkətlər daimi olaraq dördgünlük iş həftəsi prinsipini qəbul ediblər. Bildirilib ki, şirkətlərdə həftəlik iş günü gəlir itkisi olmadan 32 saat təşkil ediləcək.
Sözügedən şirkətlərdən 30-u marketinq, reklam və mətbuatla əlaqələr şirkəti olduğu halda, bunu 29 xeyriyyə və qeyri-hökumət təşkilatı, 24 texnologiya, internet texnologiyaları və proqram təminatı şirkəti, 22 məsləhət və idarəetmə şirkəti kimi fəaliyyət göstərir.
Məlumatda qeyd edilir ki, dördgünlük iş həftəsinə qoşulan 200 şirkətdən 59-u Londonda yerləşir.
Qadir, Bizimyol.info






