Qərbi Afrika ölkəsi Qanada vəba xəstəliyindən ölənlərin sayının 40-a yüksəldiyi bildirilir.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Qana Səhiyyə Xidmətindən (GHS) verilən yazılı açıqlamada vəba epidemiyasının 2024-cü ilin oktyabr ayından etibarən ölkənin beş vilayətinə yayılmağa davam etdiyi bildirilib.
Açıqlamada bu vilayətlərdə 4850 şübhəli vəba hadisəsinin qeydə alındığı, epidemiyada həyatını itirənlərin sayının 40-a yüksəldiyi bildirilib.
Açıqlamada hökumətin epidemiyaya qarşı peyvənd kampaniyalarını davam etdirdiyi vurğulanıb və paytaxt Akkrada epidemiya səbəbiylə 41 nəfərin müalicə olunduğu bildirilib.
Qida və su ilə ötürülən “vibrio” bakteriyalarının yaratdığı vəba xəstəliyi ishala və beləliklə də orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.
Qadir, Bizimyol.info






