Albert Eynşteyn haqqında çoxlu iddialar var. Onun Allaha inanmadığı, heç bir dostu və hobbisinin olmadığı bu iddialardan yalnız bir neçəsidir.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, şübhəsiz ki, bu alimi daha yaxından tanımaq və onun haqqında deyilənlərin doğruluğunu izah etmək daha yaxşı olardı.
Gəlin Albert Eynşteyn haqqında 6 ümumi yanlış təsəvvürə nəzər salaq.
Albert Eynşteyn fotoelektrik effekti izah etdiyinə görə Nobel mükafatı aldı
Fotoelektrik effekt yüksək enerjili işıq şüalarına məruz qaldıqda metal təbəqələrin elektronları çıxarmasının müşahidəsidir. Bu təsiri işığı dalğa kimi görən klassik fizika izah edə bilməz. Eynşteyn bu işığı həm zərrəcik, həm də dalğa kimi görməmiz lazım olduğunu bildirib və bununla da o, bu mükafata layiq görülüb.
Eynşteyn müəllimləri tərəfindən çox da sevilən tələbə deyildi
Əslində, Eynşteynin ilk təhsilinin çoxunu aldığı Münhendəki Luitpold-Gimnaziyasında müəllimlərindən biri gənc Eynşteynə həyatında heç vaxt yaxşı yerə çatmayacağını söyləyib.
Alim skripka çalmağı çox sevirdi
Eynşteynin anası oğlunu hələ 5 yaşında ikən skripka kursuna yazdırıb. Ancaq o, əvvəlcə skripka çalmaqdan heç zövq almayıb. Motsartı kəşf edənə qədər. Daha sonra skripkaya olan sevgisi daha da artıb və qocalığa qədər bu musiqi alətində çalmağa davam edib.
Eynşteyn Allaha inanırdı
Lakin o, bu tanrının dualara cavab verdiyinə inanmırdı. Əslində, onun məşhur “Tanrı zər oynamaz” ifadəsi bu fikirləri sübut edir.
Eynşteynə İsrailin prezidentliyi təklif olunub
Lakin Eynşteyn 1952-ci ildə bu vəzifəni təklif edəndə ömrünün sonuna yaxınlaşırdı. Eyni zamanda, səhhəti pis olduğu üçün özünü bu vəzifəyə layiq görməyib.
Eynşteynin beyni oğurlanıb
Alim 1955-ci ildə vəfat etdikdən sonra patoloq Tomas Harvi yarılma zamanı Eynşteynin beynini yarıb və oğurlayıb. Dahiliyin anatomik sirlərini kəşf etmək istəyən Harvi sonda Eynşteynin oğlundan beyni elmi tədqiqatlarda istifadə etmək icazəsini alıb.
Qadir, Bizimyol.info






