Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Realizə olunmamış istək, plan və düşüncələrin arxasındakı boşluq hissi aqressiyaya səbəb olur"
"Realizə olunmamış istək, plan və düşüncələrin arxasındakı boşluq hissi aqressiyaya səbəb olur"

Son zamanlar ictimai nəqliyyatda, cəmiyyət arasında xüsusilə kişilərin əsəbi, aqressiv, gərgin olduğuna şahid oluruq. Hamının üzündən stress oxunur. Hamı gərgin... Bu, daha çox yeniyetmə və gənclərdə özünü göstərir.

Bu kədərin, stresin, əsəbin səbəbi nədir?

Kliniki psixoloq Ramin Hacıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün psixoloqa 90% qadınlar müraciət edir. Kişilər, qadınlarla müqayisədə psixoloqa daha az müraciət edir.

Ramin Hacıyev Ramin Hacıyev

“Bu, artıq bir aksiomadır. Bu sahədə çalışanlar bunu yaxşı bilir.

İnsanın realizə olunmamış hər hansı istəkləri və ya planları həyata keçmirsə, bu aqressiya yarada bilər. Burdan hər şeyi nəzərə ala bilərik. Bu, kişilərdə psixoemosional bir durumdur. Bunun arxasında çox faktorlar yatır. Əgər yeniyetmədirsə və onun orqanizmi normal fəaliyyət göstərirsə, külli miqdarda testosteron hormonu ifraz olunursa və öz cinsəl istəklərini realizə etmirsə, bu da aqressiyaya gətirib çıxardacaq.

Kimsə biznes haqqında düşünür. Bunu realizə edə bilmirsə, özünü həyatda uğursuz və gərəksiz hesab edir. Kimsə hansısa əmlak, avtomobil, daşınan və ya daşınmaz əmlaka sahib olmaq istəyirsə və onu realizə edə bilmirsə, bu da onda aqressiya yarada bilər. Yəni hər hansı realizə olunmamış istəklər, planlar və ya düşüncələrin arxasında hər hansısa bir boşluq hissi varsa, aqressiya yaranacaq”-deyə psixoloq vurğulayıb.

Ramin Hacıyev hesab edir ki, XXI əsrin ən böyük psixoloji problemi panik-atakdır. Panik –atak problemi ilə müraciət edənlərin sayı çoxdur.

“Bu problemlə müraciət edənlərin sayı günü-gündən artır. Eyni zamanda bipolyar pozuntu, sonradan xroniki depressiya halı ilə də müraciət edənlər var.

İnsan əgər xroniki depressiya durumundadırsa, onun üzü necə gülə bilər? Bu vəziyyətdə nəyəsə emosional yüksək ruh ilə reaksiya verə bilər? Həyatından, öz çevrəsindən, öz reallığından necə məmun ola bilər? Təbii ki, bu, olmayacaq. Olmadığı halda təbii ki, o qəmgin, yorğun üz ifadəsi ilə ictimai nəqliyyatda, işində, küçədə yəni cəmiyyət arasında sırf bu ifadə ilə gəzəcək”-deyə Ramin Hacıyev vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »