Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türküstan kimi önəmli coğrafiya ilə qardaşlıq əlaqələrinə sahib Türkiyə, dünya siyasətində söz sahibidir"
"Türküstan kimi önəmli coğrafiya ilə qardaşlıq əlaqələrinə sahib Türkiyə, dünya siyasətində söz sahibidir"

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyir ki, Türkiyənin sözünü Rusiya və ABŞ eşidir. “Bu gün Türkiyə qlobal güclərdən biri olmağa namizəddir. Sözün arxasında güc olmalıdır. Bu zaman söz daha qüdrətli olur. Bu gün Türkiyə müdafiə sənayesinə görə dünyanın ilk ölkələrindəndir”-deyə Numan Kurtulmuş bildirib.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə Asiya və Avropa qitələrini birləşdirən böyük strateji əhəmiyyətə malik bir ölkədir.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud

“85 milyon əhalisi və coğrafi ölçüsü 785 min kvadrat kilometrdir. Türkiyə həm də İslam coğrafiyasında ən mühüm demokratik respublika rejiminə malikdir. Mustafa Kamal Atatürkün qurduğu bu sistem dövrün tələb etdiyi addımları qabaqlamışdır. Məsələn, Türkiyədə qadınlara bir çox Avropa ölkələrindən daha tez seçmək və seçilmək hüququ verilib. Bu məlumatdan demək istədiyim budur ki, Türkiyə həm ABŞ, həm də Rusiya tərəfindən həm soyuq müharibə dövründə, həm də indi ciddi qəbul edilməlidir. ABŞ və Rusiyanın Türkiyəyə qayğı göstərməsinin səbəbi sevgi deyil, beynəlxalq münasibətlərdəki maraqlarıdır.

Bu gün Türkiyə Avropa və Asiya arasında enerji və nəqliyyat körpüsüdür. O, həm də 1 trilyon 150 milyard dollar milli gəliri ilə dünyada əhəmiyyətli bir bazardır. Bundan əlavə, Türk dünyası ölkələri kimi əhəmiyyətli bir coğrafiya ilə sıx qardaşlıq əlaqələri var. İslam ölkələri arasında ən böyük dövlətlərdən biridir”-deyən professor qeyd edib ki, bütün bunlar Türkiyənin ciddiyə alınmasını tələb edir.

Kərəm Qarabuludun sözlərinə görə, bunun davamlı olması və Türkiyənin bundan sonra güc mərkəzi sayılması üçün ilk növbədə dövrün tələb etdiyi texnologiya səviyyəsinə çatması və çəkindirici qüvvə kimi qabaqcıl texnoloji silahları inkişaf etdirməsi lazımdır. Eyni zamanda Türk Dünyası ölkələri ilə sosial-iqtisadi birliklər yaradaraq dünya iqtisadi, siyasi, sosial və hərbi sahədə özünü aktivləşdirməlidir.

Kərəm Qarabulud vurğulayıb ki, Türkiyə ölkə daxilində sosial-iqtisadi sabitliyi təmin edərsə, mühüm qlobal güc mərkəzi sayılacaq vəziyyətdədir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »