Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Google", "Kairos Power" ilə nüvə enerjisi müqaviləsi imzaladı
"Google", "Kairos Power" ilə nüvə enerjisi müqaviləsi imzaladı

"Google", "Kairos Power" tərəfindən hazırlanacaq bir neçə kiçik modul reaktordan (SMR) nüvə enerjisi almaq üçün müqavilə bağladıqlarını açıqladı.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, şirkətdən verilən açıqlamada, "Google"un yeni nəsil qabaqcıl təmiz texnologiyalar da daxil olmaqla təmiz enerji həllərinin sürətləndirilməsində mühüm rol oynadığı vurğulanıb.

Açıqlamada şirkətin "Kairos Power" tərəfindən hazırlanacaq çoxlu sayda kiçik modul reaktordan nüvə enerjisi almaq üçün dünyada ilk korporativ müqavilə imzaladığı bildirilib.

Razılaşma ilə "Kairos Power"ın ilk kiçik modul reaktoru 2030-cu ilə qədər tez və təhlükəsiz şəkildə istifadəyə veriləcək. Açıqlamada məqsədin 2035-ci ilə qədər əlavə reaktorların yerləşdirilməsi olduğu və razılaşmanın ABŞ-ın elektrik şəbəkələrinə 500 meqavata qədər karbonsuz enerji təmin edəcəyi bildirilib.

Açıqlamada, süni intellekt texnologiyalarını dəstəkləmək üçün yeni elektrik mənbələrinə ehtiyac olduğu vurğulanıb və nüvə həllərinin elektrik enerjisinə olan tələbatın etibarlı şəkildə qarşılanmasına kömək edəcək təmiz və fasiləsiz enerji mənbəyi təqdim etdiyi bildirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »