Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Niderlandda Azərbaycan əleyhinə işləyən İsa Qəhrəman kimdir?
Niderlandda Azərbaycan əleyhinə işləyən İsa Qəhrəman kimdir?

Məlum olduğu kimi, Niderland Parlamentində Azərbaycan əleyhinə iki qətnamə qəbul edilib. Müzakirələrdə Niderland Krallığının xarici işlər naziri Kaspar Veldkamp da iştirak edib. Nazir hər iki qətnaməyə müsbət münasibətini bildirib.

Bu qətnamələrdə Azərbaycanın guya Qarabağda erməni mədəni irsini məhv etdiyi iddia olunur. Niderland Parlamentinin üzvləri Avropa İttifaqına və YUNESKO-ya müraciətlə "Azərbaycana təzyiq göstərmək" çağırışı ediblər. Bundan başqa 2023-cü ilin sentyabrında Azərbaycanın "Dağlıq Qarabağa hücum etməsi" və guya Qarabağın erməni əhalisinin bölgəni tərk etməyə "məcbur qaldığı" iddia olunur.

Azərbaycan Xarici İşlər Nazirliyi artıq bununla bağlı dərhal və sərt reaksiya bildirib, bu qətnamələrin həqiqətə uyğun olmayan məlumatlara əsaslandığını, gerçəklə heç bir əlaqəsinin olmadığını bəyan edib.

Bu sənədlərin fəal təşəbbüskarları və tərəfdarları arasında İsa Qəhrəman adlı bir şəxs də var. Bəzi şəxslər onun Azərbaycanlı və yaxud Türk olduğunu düşünür. Doğrudur, İsa Qəhrəman Türkiyədə - Mardin vilayətinin Midyat şəhərində doğulub, böyüyüb. Daha sonra Niderlanda köçüb.

İsa Qəhrəman siyasətə gələnə qədər uzun müddət konsaltinq şirkətinin direktoru olub. Həmçinin bələdiyyə şuralarında təmsil olunub. Milliyyətcə kürdəsilli, dini mənsubiyyətinə görə xristian olan İsa Qəhrəman ata yurdu Türkiyənin, eləcə də, Azərbaycanın əleyhinə iş aparır. Azərbaycana qarşı olan, Son iki qətnamənin müəllifləri arasında da İsa Qəhrəman da var.

COP 29 ərəfəsində insan hüquqları bəhanəsilə Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyasına Niderland Parlamentinin də qoşulması təəccüblü deyil. Əksər bəyanat və çağırışlar da məhz belə başlayır və belə bitir: "Azərbaycana təzyiq edilsin ki..."

Ermənistan bu kampaniyadan maksimum yararlanmağa çalışır. Əsas mövzuları da Azərbaycanda saxlanılan "hərbi əsirlər", guya dağıdılan erməni mədəni irsi, Qarabağdan könüllü köçən ermənilərdir. Hərbi əsirlər deyəndə həmçinin keçmiş separatçı rejimin keçmiş başçıları - Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və sair nəzərdə tutulur.

Dünənə qədər Nikol Paşinyan hökuməti üçün onlar Rusiyanın adamları idi və İrəvanda öz ailələrindən başqa kimsənin yadına düşmürdü. İndi birdən-birə bu adamları "xatırlayıblar" və Azərbaycana qarşı təzyiq kampaniyasında əsas kartlardan biri kimi istifadə edirlər. Rəsmi Bakı bu təzyiqlərin onun iradəsinə təsir edə bilməyəcəyini bəyan edir. O cümlədən, Azərbaycana qarşı ağır cinayətlər törətmiş şəxslərin qanunla mühakimə olunması və cəzalandırılması üçün istintaq davam etdirilir. Yeri gəlmişkən, Azərbaycan məhkəmələri bu günlərdə məlum keçmiş xunta başçılarının həbs müddətini uzatdı.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »