Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Audiovizual Şura "Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyi ilə görüş keçirib
Audiovizual Şura "Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyi ilə görüş keçirib

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov 8 oktyabr 2024-cü il tarixində "Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyinin üzvləri ilə görüşmüşdür.

Bizimyol.info quruma istinadən xəbər verir ki, "Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyinin üzvləri ilə keçirilən görüşdə audiovizual mediada reklam bazarının hazırki vəziyyəti, onun inkişaf yolları və reklam subyektlərinin maraqlarının təmin olunması məqsədilə sağlam rəqabət mühitinin yaradılmasına dair fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, reklam sahəsində mövcud problemlər, o cümlədən haqsız, qeyri-dəqiq və gizli reklamdan istifadə hallarının aradan qaldırılmasının vacibliyi qeyd edilmişdir.

Görüş zamanı həmçinin, Audiovizual Şura və "Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyi arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin ölkənin reklam bazarının inkişafına müsbət töhfə verə biləcəyi vurğulanmışdır.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı "Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyinin üzvüdür.

Son xəbərlər
Bütün xəbərlər »