Ludomaniya qumar asılılığı, oyun asılılığı, qumara olan patoloji meyl kim tez-tez təkrarlanan epizodlardan ibarətdir. Ludomaniya insanın həyatına hakim kəsilən və sosial, peşə, maddi və ailə dəyərlərinin azalmasına səbəb olan qumar oyunlarında iştirak deməkdir. Ümumdünya Səhiyyə Təşkilatı bu pozğunluğa patoloji qumar adını verib. Son zamanlar onlayn bukmeker kontorlarının açılması səbəbindən qumar problemi son dərəcə aktuallaşıb. Bir çox tədqiqatçılar qumar oyununu əhalinin bir hissəsi üçün təhlükə yaradan ciddi sosial problem hesab edirlər.
Bəs yaxınlarımızın qumar asılılığından əziyyət çəkdiyini necə bilə bilərik?
Kliniki psixoloq Ramin Hacıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, oyun aludəçiliyi olan insanlar bankların kredit kartlarına üstünlük çox verirlər.
Ramin Hacıyev“Qumar aludəçiləri müəyyən kartlar var, hansı ki, kredit götürmək olur, o kartların bir neçəsini alırlar. Məsələn; bank sektorundan belə onu artıq bir siqnal olaraq, nəzərə almaq olar ki, əgər bir insan banklardan böyük bir məbləğlərdə kreditlər götürüb və kreditin əsasında hər hansı biznes yaratmayıbsa, hər hansı bir işə yatırım etməyibsə və ortada böyük bir məbləğdə kreditlər varsa bu, bir göstərici ola bilər. Yəni bu da göstərici olaraq çıxış edə bilər ki, burada nəsə istənilən kimi düzgün idarə olunmur və orda hansısa yanlışlıqlara yol verilir”-deyən psixoloq bildirib ki, bu səbəbdən də bankalr diqqətli olmalıdır.
Ramin Hacıyevin sözlərinə görə, belə hallar çoxdur və qaçınılmazdır.
“Tatalizatorlar bütün bu kimi şeyləri yaradan, kazino tipli, “stavka” qəbul edən proqramlar və saytlar onlar sırf insanın zəifliyinə köklənib. İnsanlar əvvəlcə bu oyunlara cəlb olunur və sonradan belə bir tələyə keçmiş olur. Sonradan o yoldan qayıdış çox ağır, əziyyətli və xoşagəlməz vəziyyətlərlə müşahidə olunur”-deyə Ramin Hacıyev qeyd edib.
Psixoloq həmçinin bildirib ki, yaxınlarınız əgər banklardan çoxlu kredit kartı alırsa, bu da artıq bir işarədir.
İradə Cəlil, Bizimyol.info






