Qəzzada könüllü olan ABŞ tibb işçiləri Bayden administrasiyasına məktub göndərərək "İsrailə silah embarqosu" tələb ediblər.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkimlər məktubda Qəzza xəstəxanalarında şahidi olduqları dramı izah ediblər.
Qəzza zolağındakı xəstəxanalarda könüllü olaraq çalışan 99 ABŞ tibb işçisi ABŞ prezidenti Co Baydenə məktub yazaraq, daimi atəşkəs əldə olunana qədər İsrailə silah göndərilməsinin dayandırılmasını istəyiblər. “Qəzza Sağlamlıq Məktubları” internet saytında dərc olunan məktubda Fələstin xalqının çəkdiyi əziyyətlərə yer verilib və iş zamanı şahidi olduqları müharibə cinayətlərini müzakirə etmək üçün Ağ Evdə görüş istəyiblər.
Malicə həkimləri, cərrahlar, tibb bacıları və mama ginekololar da daxil olmaqla səhiyyə işçiləri bildiriblər ki, İsrailin iddialarının əksinə olaraq, onlar heç vaxt HƏMAS-ın tibb müəssisələrində fəaliyyət göstərdiyinin şahidi olmayıblar. İşçilərin topladıqları tibbi məlumatların yer aldığı məktubda İsrail ordusunun Qəzzada bütün səhiyyə infrastrukturunu qəsdən hədəfə aldığı vurğulanıb. “Prezident Bayden və Vitse-Prezident Harris, Qəzzadan qayıtdıqdan sonra bir çoxumuzun gördüyü kabusları yaşamanızı istəyirik. Ümid edirik ki, silahlarımızdan şikəst olmuş uşaqların fəryadını və analarının fəryadını eşidəcəksiniz ki, biz onları xilas edə bilək”, - deyə məktubda baş və ya sinəsindən müntəzəm olaraq güllə yarası alan fələstinli uşaqların xəstəxanalara gəldiyi bildirilib.
Ümumilikdə 200 həftədən çox Qəzzada xidmət edən səhiyyə işçiləri bu müddət ərzində hamilə qadınlarda qida çatışmazlığı səbəbindən vaxtından əvvəl doğuş baş verdiyi, körpələrin isə içməli suyun olmaması səbəbindən öldüyünü bildirib. “Qəzzada az qidalanan anaların çəkisi az olan körpələrinə zəhərli su ilə hazırlanmış körpə qidası verdiklərini gördük. Biz heç vaxt unuda bilmərik ki, dünya bu məsum qadınları və körpələri tərk edib”, - deyə həkimlər yazıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Livanda son 24 saat ərzində 28 tibb işçisinin öldürüldüyünü açıqlayıb. ÜST prezidenti Tedros Qebreyesus Livanın cənubunda 40-a yaxın sağlamlıq mərkəzinin bağlandığını və Beyrutda beş xəstəxananın boşaldıldığını bildirib: “Bir çox tibb işçisi bombardmanlara görə işlədikləri əraziləri tərk edib”, - deyə Qebreyesus bildirib.
Qadir, Bizimyol.info






