İngiltərədə əməliyyat keçirən cərrahın “skalpel tapa bilmədiyi üçün” naharda meyvə kəsdiyi İsveçrə ordusu bıçağı ilə xəstənin döş qəfəsini kəsdiyi məlum olub.
Bizimyol.info xəbər verir ki, Brighton Kral Sussex Xəstəxanasından verilən açıqlamada, sözügedən əməliyyatın təcili əməliyyat olmasına baxmayaraq, cərrahın istifadə etdiyi metodun normal prosedurların xaricində olduğu və icra edilməməsi lazım olduğu bildirilib.
Hadisədən sonra başladılan istintaqda, cərrahın həmkarları da bu tətbiqin "mübahisəli" olduğunu və "skalpel tapa bilməməsinə təəccübləndiklərini" bildiriblər.
BBC eyni həkimin son iki ayda üç aşağı riskli cərrahiyyə əməliyyatı keçirdiyini və xəstələrin üçünün də qısa müddətdə dünyasını dəyişdiyini müəyyən edib. Bildirilib ki, Britaniya polisi xəstəxanada ümumilikdə 105 ayrı klinik səhlənkarlıq hadisəsi ilə bağlı araşdırma aparır.
Qadir, Bizimyol.info






