Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yüz yaşını qeyd edən ilk ABŞ prezidenti - Cimmi Karter
Yüz yaşını qeyd edən ilk ABŞ prezidenti - Cimmi Karter

ABŞ-ın ən mühüm prezidentlərindən biri olan Cimmi Karterin 100 yaşı tamam oldu və ölkədə bir əsr yaşayan ilk prezident oldu.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Karter həyatının 80 ilindən çoxunu keçirdiyi Corciya ştatının Plains şəhərində 100 illik yubileyini qeyd edib.

ABŞ prezidenti Co Bayden Ağ Evdən Karterə videomüraciətində: "Siz həmişə millətimiz və dünyamız üçün mənəvi qüvvə, mənim və ailəmiz üçün əziz dost olmusunuz, Cimmi", - deyə bildirib.

Mesajında ​​Karterin ötən il 96 yaşında vəfat edən həyat yoldaşı Rozalin Karterin xatirəsi də yed edilib və Bayden keçmiş prezidentin ölkə demokratiyasına verdiyi töhfələri yüksək qiymətləndirdiyini qeyd edib. 1977-1981-ci illər arasında ABŞ-ın 39-cu prezidenti vəzifəsini icra edən Karter indiyədək "ən uzun ömür sürən ABŞ prezidenti" tituluna sahibdir.

Yüz illik həyatında 32 kitab yazan və Nobel Sülh Mükafatına layiq görülən Karter Fələstində iki dövlətli həll üçün göstərdiyi səylərlə də tanınır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »