Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Papa oktyabrın 7-ni sülh üçün hamını oruc tutmağa çağırıb
Papa oktyabrın 7-ni sülh üçün hamını oruc tutmağa çağırıb

Roma Papası Fransisk Romadakı ən böyük kilsədə Xanımımıza dua edərək sülh diləyib.

Bizimyol.info xəbər verir ki, yepiskoplar sinodunun açılışı münasibətilə Müqəddəs Pyotr meydanında keçirilən ibadət mərasiminin sonunda o, hamını oktyabrın 7-də “oruc tutmaq və sülh üçün dua etmək” gününə qoşulmağa çağırıb.

“Müqəddəs Məryəmin şəfaətinə sülh vermək üçün müraciət edərək, gələn bazar günü, oktyabrın 6-da Santa Maria Maggiore Bazilikasına gedəcəyəm və orada dua oxuyacağam. Sizdən, sinod iştirakçılarından xahiş edirəm, mənə qoşulun. Ertəsi gün, oktyabrın 7-də hər kəsdən bu günü oruc tutmağa və sülh duasına həsr etməyi xahiş edirəm”, - deyə Müqəddəs Taxt-Tacın mətbuat xidməti pontifikin sözlərindən sitat gətirir.

Fransisk dəfələrlə Yaxın Şərqdə atəşkəsə çağırıb və münaqişənin genişlənməsindən narahatlığını bildirib. Eyni zamanda, o qeyd edib ki, istənilən müdafiə mütənasib olmalıdır, əks halda bu, əxlaq hüdudlarından kənara çıxır. O, müntəzəm olaraq moizələrində Fələstin, İsrail, Ukrayna, Myanma, Sudanı xatırladıb və münaqişə tərəflərini sülhə çağırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »