Şimaki Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Nyu Yorkdakı Türk Evində Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Bizimyol.info xəbər verir ki, Prezident Ersin Tatar Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasında əvvəlki illərdə olduğu kimi çıxışında Kipr Türk xalqının haqlı davasını güclü şəkildə müdafiə etdiyinə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü çatdırıb.
“Türkiyə Cümhuriyyətinin dəstəyini hər zaman hiss edirik. Bu məqsədlə həm sizə, həm də türk xalqına öz adımdan və xalqım adından minnətdarlığımı bildirirəm”, - deyib.
Prezidentlikdən verilən məlumata görə, Tatar Nyu York Türkevində ŞKTC ofisinin olmasının əhəmiyyətinə də toxunub: “ŞKTC ofisinin Türkevində olması mühüm mesajdır”, - deyə qeyd edib.
Qadir, Bizimyol.info






