Keçmiş milli futbolçu və futbol şərhçisi Serhat Akın Beykozda silahlı hücum nəticəsində ayağından yaralanıb.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Keçmiş milli futbolçu Akın sosial media hesabından hücumla bağlı məlumat paylaşıb.
O, Beykoz şəhərinin Şəhid Leytenant Ali Yılmaz küçəsində futbol şərhçisi kimi qatıldığı proqramdan çıxarkən ayağından güllə yarası alıb. Hücum edən şəxs və ya şəxslər hadisə yerindən qaçıblar.
Serhat Akın xəstəxanaya aparılıb.
Bir müddət "Fənərbaxça"dan komanda yoldaşı olan sabiq milli futbolçu və baş məşqçi Tuncay Şanlı da Akını ziyarət edib.
Fənərbaxça İdman Klubu da sosial media hesabında Serhat Akına sağol mesajı paylaşıb: "Keçmiş futbolçumuz Serhat Akına silahlı hücumu qınayırıq. Ona Allahdan şəfalar diləyirik və tezliklə sağalmasını arzu edirik. Biz günahkarların ən qısa zamanda ədalət qarşısında cavab vermələrini gözləyirik", - deyə mesajha qeyd edilib.
Qadir, Bizimyol.info
Eski futbolcumuz Serhat Akın’a yapılan silahlı saldırıyı kınıyoruz.
Kendisine geçmiş olsun dileklerimizi iletiyor, acil şifalar diliyoruz.
Faillerin en kısa sürede adalet önünde hesap vermesini bekliyoruz. pic.twitter.com/gWJlyn1qOd
— Fenerbahçe SK (@Fenerbahce) September 26, 2024






